Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1 və 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirildi. Ardıcıl 3-cü dəfə ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək və mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq “Qarabağ”ın 2016/2017-ci illər mövsümündə ilk rəqibi “Düdelanj” (Lüksemburq) oldu. Təmsilçimizin rəqibi olan “Düdelanj” klubunun əsası 1991-ci ildə qoyulub. Klub ev oyunlarını 2600 tamaşaçı tutumuna malik Jos Nosbaum stadionunda keçirir. “Düdelanj” klubu mütəmadi olaraq, Çempionlar Liqasının və Avropa Liqasının təsnifat mərhələsində çıxış edir. “Qarabağ”ın mübarizəyə başlayacağı II təsnifat mərhələsinin oyunları iyulun 12-13-də və 19-20-də keçiriləcək.
|