![](uploads/92296azkubokyeni.jpg) Azərbaycan Kubokunun finalını işıqlandırmaq istəyində olan jurnalistlər üçün akkreditasiya qeydiyyatına start verildi. Jurnalistlər bu gündən etibarən ad, soyad və iş vəsiqəsinin sürətini [email protected] ünvanına göndərib, qeydiyyatdan keçə bilərlər. Hər mətbu orqana 1, maksimum 2 akrkeditasiya vəsiqəsi veriləcək, oyunu izləmək istəyən digər jurnalistlər isə media biletlə təmin olunacaqlar. Qeydiyyat müddəti 20 may tarixində bitəcək. Qeyd edək ki, Azərbaycan Kubokunun finalı 25 may tarixində “Qarabağ” və “Neftçi” komandalarının iştirakı ilə Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq.
|