Futbol üzrə Azərbaycan I Divizionunun qalibi “Neftçala” klubuna qızıl medallar və kubok təqdim olunub. 26-cı turun “Neftçala” – “Energetik” (10-0) görüşündən sonra qalib komanda qızıl medallarına qovuşub. Kuboku və qızıl medalları qalibə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib. R. Musayev “Neftçala”nı I Divizionun qalibi olması münasibəti ilə təbrik edib, kluba öz arzularını bildirib. Mükafatlandırma mərasimindən fotoları təqdim edirik.
|