İntizam Komitəsinin bugünkü iclasında aşağıdakı qərarlar qəbul olundu.
Topaz Premyer Liqasının XXIII turunun “Kəpəz” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XXIII turunun AZAL – “Rəvan” matçının 51-ci dəqiqəsində AZAL klubunun 4 №-li futbolçusu Qvanzav Maqomedov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının XXIII turunun “Zirə” – “Neftçi” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 43-cü dəqiqəsində “Neftçi” klubunun 10 №-li futbolçusu Cavid İmamverdiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oynunun 1-ci hissəsi başa çatdıqdan sonra “Neftçi” klubunun məşqçisi Dimitri Kramarenko qaydaları pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən məşqçi 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 62).
Topaz Premyer Liqasının XXIII turunun “İnter” – “Qarabağ” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XXIII turunun “Kəpəz” – “Sumqayıt” matçının 71-ci dəqiqəsində “Kəpəz” klubunun 14 №-li futbolçusu Fərid Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
I Divizionun XV turunun “Şəmkir” – “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 90+3-cü dəqiqəsində “Şahdağ” klubunun 5 №-li futbolçusu Vüsal Səfərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
Oyun başa çatdıqdan sonra “Şəmkir” klubunun baş məşqçisi Kamran Əlibabayev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).
I Divizionun XV turunun MOİK – “Bakı” matçının 18-ci dəqiqəsində “Bakı” klubunun 12 №-li futbolçusu Elxan Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XV turunun “Şərurspor” – “Göyəzən” matçının 75-ci dəqiqəsində “Göyəzən” klubunun 4 №-li futbolçusu Cəlal Cəlalzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
|