![](uploads/2375971807pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının XXII turunun “İnter” – “Kəpəz” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XXII turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasında çıxış edən klubların XXI turunun “Zirə” – “Rəvan” matçının videoyazısına baxıldıqdan sonra aşkar olunub ki, “Rəvan” klubunun 11 №-li futbolçusu Elnur Abdulov oyunun 75-ci dəqiqəsində meydançaya daxil olarkən futbolçunun formasında adı qeyd olunmayıb. Fubolçunun adının qeyd olunmamasına görə “Rəvan” klubu 1000 manat cərimə olunur (maddə 73.3).
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” klubunun baş məşqçisi Tofiq Mustafayev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 500 manat cərimə olunur(maddə 62).
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXII turunun “Rəvan” – “Qəbələ” matçında “Rəvan” klubunun 4, “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur (maddə 40).
I Divizionun XIV turunun “Göyəzən” – “Turan Tovuz” matçının 90+3-cü dəqiqəsində “Göyəzən” klubunun 2 №-li futbolçusu Elxan Alışanlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XIV turunun “Mil-Muğan” – “Şərurspor” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
I Divizionun XIV turunun “Şahdağ” – “Qaradağ-Lökbatan” matçının 83-cü dəqiqəsində “Qaradağ-Lökbatan” klubunun 5 №-li futbolçusu Vüsal İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
I Divizionun XIV turunun “Ağsu” – MOİK matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 58-ci dəqiqəsində “Ağsu” klubunun 21 №-li futbolçusu Elmixan Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
I divizionun XIV turunun “Şəmkir” – “Zaqatala” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
|