Futbol üzrə Azərbaycan I Divizionunda fasilə başa çatır. Belə ki, bu həftə XIV turun oyunları keçiriləcək. Artıq hesabat turunun oyun cədvəli məlumdur. 18 fevral (cümə axşamı) “Mil-Muğan” – “Şərurspor” Heydər Əliyev adına İmişli şəhər stadionu “Şahdağ” – “Qaradağ Lökbatan” Şövkət Orduxanov adına Qusar şəhər stadionu “Göyəzən” – “Turan Tovuz” Qazax şəhər stadionu “Energetik” – “Bakılı” Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu 19 fevral (cümə) “Bakı” – “Neftçala” “Bakı” FK-nın təlim-məşq bazasının stadionu “Ağsu” – MOİK Ağsu şəhər stadionu “Şəmkir” – “Zaqatala” Şəmkir Olimpiya İdman Kompleksinin stadionu Qeyd: Turun bütün görüşləri saat 14:00-da başlanacaq.
|