![](uploads/14125bakiyeni.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında “Bakı” klubu haqqında qərar çıxarılıb.Belə ki, FİFA 11.01.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FİFA-nın Nizam-İntizam Komitəsinin “Bakı” klubu haqqında qərar qəbul etdiyini bildirib. Müraciətdə “Bakı” klubu futbolçu Adnan Barakatla bağlanmış müqavilə şərtlərinə riayət etmədiyi səbəbindən klubun cari mövsüm aktivliyindən 6 xal silinməsi göstərilib.
Yuxarıda göstərilənləri nəzərə alaraq AFFA-nın İntizam Komitəsi tərəfindən aşağıdakı qərarı qəbul edir: Azərbaycan I Divizionunda mübarizə aparan "Bakı" FK-nın cari mövsüm aktivliyindən 6 xal silinsin.
|