![](uploads/37752qabalayeni.jpg) Topaz Premyer Liqasının XV turu “Qəbələ” üçün uğurlu alındı. Şimal təmsilçisi səfərdə “Xəzər Lənkəran”ı 1-0 hesabı ilə məğlub etdi. Yunis Hüseynov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Oyun gərgin keçdi, qələbə qazanmaq istəyirdik" - bunlar şablon sözlərdir. Lakin ümumi götürsək, meydançada olan 16 yaşlı futbolçulardan razı qaldım. Düşünürəm ki, bizim 16 yaşlı futbolçularımız Avropa Liqasının qrup mərhələsində çıxış edən futbolçulardan qat-qat yaxşı oynadılar. Məncə, oyun ərzində 2 penaltimiz verilmədi. Bəlkə də səhv edirəm, bununla bağlı baxıb qərar çıxararlar”. Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Mən gözləmirdim ki, “Xəzər Lənkəran” zəif oynasın. “Xəzər Lənkəran” öz meydançasında həmişə güclü çıxış edib. Biz Lənkəranda iki oyuna çıxmışıq. Hər iki qələbəni çox güc sərf etmək hesabına qazanmışıq. Cənub komandasının heyətində çox sürətli oyunçular var. Bütün bunlara baxmayaraq, əsas məsələ qələbə qazanmaq idi, bunu da bacardıq. Biz bir müddətdir ki, qələbə qazana bilmirdik və bu müəyyən narahatlıq yaradırdı. Sevindirici haldır ki, 3 xal əldə etdik”.
|