![](uploads/45215qarabagyeni.jpg) Topaz Premyer Liqasının X turunda “Qarabağ” “Rəvan”ı 1-0 hesabı ilə məğlub etdi. Bəhmən Həsənov (“Rəvan”ın baş məşqçisi): “Ağır bir oyun oldu. “Qarabağ”ı xırdalamağa ehtiyac yoxdur. Şadam ki, “Qarabağ”a qarşı sona kimi mübarizə apardıq. Bundan sonra qazanacağımız bir qələbə bizi irəli aparacaq. Futbolçularda hazırda özünəinam hissi yoxdur. Futbolçuları çətin vəziyyətdən çıxarmaq üçün zaman lazımdı. Bizim elə güclü heyətimiz yoxdur ki, 1 həftə ərzində 3 oyuna çıxaq. Bizə 1 qələbə lazımdır, sonra davamı gələcək”. Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Vacib 3 xal qazandıq. Oyunun sönük keçməsi ilə mən də razıyam. Son 3 ayda futbolçuların normal istirahət üçün zamanı olmayıb. Bütün bunlara baxmayaraq, proqram üzərində işləyirik. Bu gün rəqibimiz də çox qapandı. Yəqin ki, məşqçinin tapşırığı belə idi. Oyun ərzində futbolçulara topla çox davranmağı tapşırmışdıq. Vüqarın qolu sayəsində 3 xal qazandıq və buna görə şadam”.
|