![](uploads/26584tpl1.jpg) Topaz Premyer Liqasının X turunda keçirilən “Qəbələ” – AZAL görüşündə qapılara qol vurulmadı. Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Sözsüz, mən nəticədən razı deyiləm. Biz bu gün hər iki hissəni üstün oynadıq. Rəqib qapısı qarşısında ən azından 3 real qol vəziyyəti yaratdıq. Düşünürəm ki, bu gün qələbə qazanmalı idik. Lazımi qədər yaxşı oynadıq. Səhvlərimizi təhlil edib, növbəti oyunlara hazırlaşacağıq”. Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Həqiqətən də ağır oyun idi. Evdə oynayan “Qəbələ” öncəki görüşdə də xal itirmişdi. Buna görə rəqibin aqressiv oynayacağını bilirdik. Biz isə “Neftçi” ilə oyundan sonra uğurlu seriya yaratmaqda maraqlı idik. Tagim Novruzov və Seymur Əsədovun yoxluğunda yarımmüdafiədə problem yaşadıq. Bütün bu problemlərə baxmayaraq, xal qazana bildik və futbolçulara təşəkkür etdik. Yolumuz bəllidir. Nə qədər ağır olsa da, bu yolla davam edəcəyik”.
|