![](uploads/57552pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının IX turunun AZAL – “Neftçi” matçının 90+4-cü dəqiqəsində “Neftçi” klubunun 3 №-li futbolçusu Jairo Rodriges sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin IX turunun AZAL – “Neftçi” matçının 82-ci dəqiqəsində AZAL klubunun 56 №-li futbolçusu Əfsər Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun VI turunun “Turan Tovuz” – “Neftçala” matçında “Turan Tovuz” klubunun 4, “Neftçala” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionunun VI turunun “Şəmkir” – “Mil-Muğan” matçının 69-cu dəqiqəsində “Mil-Muğan” klubunun 10 №-li futbolçusu Səccad Kerman idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 89-cu dəqiqəsində “Şəmkir” klubunun 23 №-li futbolçusu Sərxan Ağayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
Oyunun 89-cu dəqiqəsində “Mil-Muğan” klubunun 20 №-li futbolçusu Laki Hiro Bomidele kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).
Oyunun 90+2-ci dəqiqəsində “Mil-Muğan” klubunun 4 №-li futbolçusu Zöhrab Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
|