![](uploads/63399tpl1.jpg) Topaz Premyer Liqasının IX turunda keçirilən “Qəbələ” – “Zirə” görüşündə qapılara qol vurulmadı. Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): “Bu gün çox vacib xallar itirdik. Belə gərgin qrafikdə həm psixoloji, həm də fiziki planda çatışmazlıqlar olur. Digər tərəfdən səhvlərimizi aradan qaldırmalıyıq, çünki vaxtımız çox azdır. Yorğunluğun gətirdiyi əsəb gərginliklərinin olduğu vaxtda xarakter nümayiş etdirməliyik. Biz bu gün iki xalı yorğunluqdan itirmədik. Düzdür, müəyyən dəyişiklik etmək olar. Məncə, heyətdə 4, 5 oyunçunu dəyişə bilərik. İki fərqli heyətlə oynamaq isə, məncə, olmaz”. Adil Şükürov (“Zirə”nin baş məşqçisi): “Qazandığımız xal münasibəti ilə komandanı təbrik edirəm. “Qarabağ”a məğlubiyyətdən sonra komandanı toparlamaq həqiqətən çətin idi. Biz bir araya gəlib, gərginliyi aradan qaldırdıq və bu gün həmin işin bəhrəsini gördük. Biz bu gün heyətdə, oyunda dəyişiklik edə bilərdik. Unutmayaq ki, biz avrokubokda mübarizə aparan bir komandaya qarşı oynadıq. Belə bir görüşdə qapının toxunulmazlığını saxlamaq yaxşı haldır”.
|