Gələn həftə Azərbaycan kubokunda 1/2 final mərhələsinin ilk oyunları keçiriləcək. Mübarizəni davam etdirəcək 4 komanda 2 cütdə münasibətlərini aydınlaşdıracaq. Bu cütlərdən biri indiyədək kubokda üz-üzə gəlməyibsə, digərinin yolları 7-ci dəfə kəsişib. Peşəkar Futbol Liqasının rəsmi internet saytı isə üz-üzə gələn cütlərin kubokdakı oyunlarının balansını təqdim edir.
1/2 final mərhələsi İlk oyunlar
13 aprel (bazar ertəsi)
19. “Neftçi” – “İnter” – 12 oyun, +2=6-4, top fərqi 8-11
İndiyədək 3 dəfə yarımfinal, 3 dəfə 1/4 finalda qarşılaşan paytaxt təmsilçiləri 12 matçda üz-üzə gəlib. Hər komanda 3 dəfə mərhələ adlasa da, “İnter” daha çox qələbə qazanıb. Lakin “Neftçi” son 2 dueldəki 4 matçda uduzmadan mərhələ keçib.
2001/02
|
1/2 final
|
Neftçi (Bakı) - Xəzər Universiteti (Bakı)
|
2:0, 1:2
|
2004/05
|
1/4 final
|
Neftçi (Bakı) - İnter (Bakı)
|
0:0, 0:0, pen. 3:4
|
2007/08
|
1/2 final
|
Neftçi (Bakı) - İnter (Bakı)
|
2:2, 0:1
|
2009/10
|
1/4 final
|
Neftçi (Bakı) - İnter (Bakı)
|
0:3, 1:2
|
2011/12
|
1/2 final
|
İnter (Bakı) - Neftçi (Bakı)
|
0:0, 0:1
|
2013/14
|
1/4 final
|
İnter (Bakı) - Neftçi (Bakı)
|
1:1, 0:0
|
20. “Qarabağ” – “Simurq” – indiyədək görüşməyiblər
|