![](uploads/17753tpl1.jpg) Topaz Premyer Liqasının XXIX turunda keçirilən “Sumqayıt” – “Bakı” oyununda qapılara qol vurulmadı.
İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi): “Çox sürətli oyun oldu. Oyunda qol vuran komanda qalib gələcəkdi. Hər iki komanda çox yaxşı mübarizə apardı. Mən hər iki kollektivi təbrik edirəm. Biz akademiyada yetişən oyunçuların hesabına çıxış edirik. Hazırda oyun baxımından əsas problemimiz qol epizodları vaxtı tez düşünməməyimizdir. Buna rəğmən, sürətli oyun gördük. İstədiyimiz də budur”. Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Futbolçular sağ olsunlar ki, bacarıqlarını ortaya qoydular. Biz qələbə qazanmaq istəyirdik. Düşünürəm ki, iki eynisəviyyəli komanda mübarizə aparırdı. 1 qol nəticəni müəyyənləşdirəcəkdi. Bunu heç bir komanda edə bilmədi. Məncə, nəticə oyuna görə oldu”.
|