![](uploads/11840tpl1.jpg) Topaz Premyer Liqasının XXIX turunda keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyunu 2-2 hesabı ilə başa çatdı. “Xəzər Lənkəran” 0-2 hesabı ilə geri düşməsinə baxmayaraq, toparlanıb 2 qol vurdu və 1 xal qazandı.
Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): “İki fərqli hissə izlədik. İlk hissədə ən yaxşı oyunumuzu keçirdiksə, ikinci hissədə ən pis oyunlarımızdan birini gördük. Erkən vurulan iki qol bizi arxayınlaşdırdı. Birinci hissədə hesab 5-0 da ola bilərdi. Amma çox təəsüf ki, qol epizodlarımızdan istifadə edə bilmədik və mühüm iki xal itirdik. Qarşıda gələn "İnter"lə kubok matçına ciddi hazırlaşmalıyıq".
Elbrus Məmmədov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Tam fərqli iki hissə izlədik. Fikrimcə, ilk dəqiqələrdə biz pis oynamırdıq, qol epizodları da yaradırdıq. Sadəcə, Vobayın ustalığı nəticəsində hesabda geriyə düşdük. Oyunun dönüş nöqtəsi Sankonun qırmızı vərəqə alması idi. İkinci hissədə yarımmüdafiəni daha da gücləndirdik və cərimə zərbələrinə ümüd edirdik. Çox şadam ki, özümüzdə güc tapdıq və dönüş edə bildik. Burada azarkeşlərimizin də böyük rolu var. Onları təbrik edirəm".
|