Topaz Premyer Liqasının XXV turunda “Sumqayıt”ı 2-0 hesabı ilə məğlub edən “Qəbələ” turnir cədvəlində 4-cü pilləyə yüksəldi. Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): "Birinci hissəyə çox pis başladıq. İkinci hissədə toparlanıb oyunda tarazlıq yaratdıq. Amma qol vura bilmədik. Müdafiədə yaxşı oynayırıq, hücumda isə çətinlik çəkirik. Bunun üzərində işləmək lazımdır. "Qəbələ"yə uğurlar arzulamaq istəyirəm". Roman Qriqorçuk (“Qəbələ”nin baş məşqçisi): "Qələbə qazandığımıza görə şadam. Liderlərdən geridəyik və hər oyun meydançaya 3 xal üçün çıxmalıyıq. Birinci hissədəki oyunumuzdan razıyam. İkinci hissədə hesabı qorumağı tapşırmamışdım. Sadəcə, oyunçuların psixologiyası tam formalaşmıyıb. Onlar başa düşməlidir ki, 2-0 sürüşkən hesabdır. Sona kimi oynamaq lazımdır. Ümumilikdə, oyunumuzdan razıyam. Futbolçularımı təbrik edirəm".
|