Unibank Premyer Liqasının XXX turunda AZAL doğma azarkeşləri önündə "Simurq"u qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Georgi Çixradze,
“Simurq” klubunun baş məşqçisi: “Bizim üçün hər bir xalın önəmi var. Bu oyunda bir
xal da bizi qane edirdi. Turnir cədvəlindəki vəziyyətimiz və liqada qalmağımız
üçün hər bir xalın böyük əhəmiyyəti var. Oyunun çətin keçəcəyini bilirdik. Çox
gərgin oyunun şahidi olduq”.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi:
“Gərgin
oyun keçdi. Biz bilirdik ki, “Simurq” son oyunlarda yaxşı oyun göstərir və
uğurlu nəticələr əldə edir. Onların güclü müdafiə xətti var və bizim
futbolçuların fərdi ustalıq səviyyəsi bu müdafiəni yarmağa çatmadı. Gənc
futbolçuların səviyyəsi imkan vermir ki, istədiyimiz oyunu keçirək. Oyun ədalətli
nəticə ilə başa çatdı”.
|