Unibank
Premyer Liqasının XXX turunda lider “Neftçi” doğma azarkeşləri önündə “Qarabağ”
üzərində qələbə qazanıb – 2:1.
Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Azərbaycanda gözəl oyun göstərən
üç komanda var - “Neftçi”, “Qarabağ” və “İnter”. Çox yaxşı oyun oldu. Neçə
vaxtdır susan Rəşad da kükrədi. “Qarabağ”a növbəti oyunlarda uğurlar arzu edirəm.
Hər iki penalti düzgün verilmişdi”.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi:
“Rəşad Abdullayev yenə də
bizim qalib gəldiyimiz oyunda hesabı dəyişdi. Çox yaxşı oyun oldu. Komandam
yaxşı oynadı. Amma nə etmək olar, bu futboldur. Məncə oyunun ədalətli nəticəsi
1:1 olmalıydı. Avroliqaya düşmək üçün şanslarımız qalır. Qarşıdakı oyunlara
hazırlaşacağıq. “Neftçi”yə uğurlar arzulayıram”.
|