FİFA təlimatçısı azərbaycanlı hakimlərin düşərgəsində - Fotolar 2015-01-22
FİFA təlimatçısı Aleksey Spirin Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlərin düşərgəsinə təşrif buyurub. Təlimatçı hakimlərin nəzəri məşğələlərində iştirak edir. Öz təcrübəsini hakimlərimizlə bölüşən məsul şəxs son yeniliklər barədə məlumat verir. A.Spirin yanvarın 25-dək Antalya şəhərində olacaq.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.