Unibank
Premyer Liqasının 30-cu turunda “Turan” doğma meydanda “Sumqayıt”ı qəbul etdi.
Gərgin idman mübarizəsində keçən oyun 1:1 hesablı heç-heçə ilə başa çatdı.
Bernhard
Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Çox yaxşı qol imkanlarımız oldu, təəssüf
ki, yalnız birindən istifadə edə bildik. Komandam yaxşı oyun göstərdi, 1 xal
qazandıq. Lakin biz qələbə qazanmaq istəyirdik. Gələcək oyunlarda xal qazanmaq
bizə çətin olacaq”.
Əsgər
Abdullayev, “Turan” klubunun baş məşqçisi: “İlk hissədə yaratdığımız 4 qol
epizodundan yararlana bilmədik. Futbolda vurmayana – vurarlar qaydası var. Futbolçularıma
topu saxlamağı tapşırmışdım. “Sumqayıt” bu gün daha yaxşı oyun göstərdi.
Xalları itirdiyimiz üçün təəssüflənirəm”.
|