“Qəbələ” Super Liqa təmsilçisinə məğlub oldu - fotolar 2015-01-15
Topaz Premyer Liqasının həlledici mərhələsində Türkiyənin Antalya şəhərində hazırlaşan "Qəbələ" yoxlama oyunu keçirib. Təmsilçimiz Super Liqa klubu "Eskişehirspor"la görüşüb. Oyun "Qəbələ"nin 1-3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Eskişehirspor"un qollarını Onur, Feyzi və Mirkan vurub. "Qəbələ"nin heyətində isə Markinyoş fərqlənib. Peşəkar Futbol Liqasının rəsmi saytı həmin oyundan fotoları təqdim edir.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.