16.06.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

"Araz Saatlı" - "Cəbrayıl" canlı yayım

Slide 1

Pley-off mərhələsinin cavab matçının təyinatları

Slide 1

“Karvan” və “İmişli” “Şamaxı”dan öndə

Slide 1

Tiaqo Silva quru oyun sayında hamıdan öndə

Slide 1

Qara Qarayev mükafatlandırılıb

Slide 1

2024/2025 mövsümünün topları müəyyənləşib

Slide 1

I Liqada pley-offun cavab oyununun cədvəli

   Xaqani Məmmədov: "Premyer Liqanın həlledici mərhələsinə hazır olmalıyıq"      2015-01-15

Yanvarın 13-dən etibarən azərbaycanlı hakimlər Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır. Hakimlərimiz Antalyada nəzəri məşğələlərdə olub, fiziki məşqlər etməklə yanaşı, müxtəlif ölkələrdən gələn komandaların iştirakı ilə keçirilən yoxlama görüşlərini də idarə edirlər. Hazırlığın startı və qarşıda duran planlarla bağlı Peşəkar Futbol Liqasının rəsmi saytına danışan Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bildirib ki, Antalya toplanışı hakimlərin hazırlığında xüsusi yer tutur:
"Biz yanvarın 27-dək Antalyada təlim-məşq toplanışında olacağıq. İlk növbədə çempionatın baş tutan turlarındakı hakim idarəçilikləri müzakirə olunacaq, təhlillər aparılacaq. Buraxılmış səhvləri araşdıracağıq. Yanvarın 21-dən 26-dək təlimatçı Aleksey Spirin düşərgəmizdə olacaq. Toplanış zamanı əsas diqqət ayıracağımız məqamlardan biri fiziki hazırlıqdır. Bu iş təcrübəli mütəxəssis Namiq Quliyevin səlahiyyətindədir. Hər gün minimum 2 məşq həyata keçiriləcək. Bundan əlavə çox sayda yoxlama görüşlərini idarə etmək planımıza daxildir".

Komitə sədri söyləyib ki, əcnəbi klublar oyunlarının azərbaycanlı hakimlər tərəfindən idarə edilməsində maraqlıdırlar: "Əvvəlki illərdən fərqli olaraq, təlim-məşq toplanışı başlanmazdan bununla bağlı müraciətlər daxil olub. Yanvarın 21-də "Sürix" - "Qarabağ" oyununu azərbaycanlı hakimlər idarə edəcək. Oyunların sayı və keyfiyyəti baxımından problem yaşayacağımızı düşünmürəm".

Komitə sədri sözlərinə belə davam edib: "Zədə səbəbindən toplanışa gələ bilməyənlər var. Munis Abdullayev və Elşən Acalov buna görə Azərbaycanda qalıblar".
Bir neçə gün öncə FİFA referisi adına layiq görülmüş Orxan Məmmədovu isə Afina səfəri gözləyir. Xaqani Məmmədov əlavə edib ki, referi fevralın 1-dən 5-dək müxtəlif imtahanlar verəcək: "Orxan Məmmədov UEFA tərəfindən keçirilən toplanışa qatılacaq. Referi fiziki hazırlıq imtahanından keçəcək və ingilis dilində yoxlanılacaq.  Antalya toplanışından sonra Orxan səfərə hazır yollanacaq".

Xaqani Məmmədov hakim səhvlərindən də danışıb: "Əslində, çempionatın həlledici mərhələsində səhvlər çox ola bilər. Amma bizdə əksinədir. Medallar uğrunda mübarizə zamanı hakim səhvləri çoxalmalıdır. Bizdə isə çempionatın sonunda hakim səhvləri az qeydə alınır. Hakimlər çempionatın müəyyən hissəsi arxada qaldıqdan sonra özlərinə gəlirlər.  Bunun səbəbi isə yay təlim-məşq toplanışı zamanı yoxlama görüşlərinin sayının az olmasıdır. Həmin səhvlər müzakirə edilir, səbəblər tapılır. Əgər biz səhvin olmayacağını desək, özümüzü aldatmış olarıq. Nə qədər ki hakimlik var, səhvlər də olacaq. Səhvləri minimuma endirməliyik. Biz çempionatın həlledici mərhələsinə tam hazır olmalıyıq".

   Turnir cədvəli
1 Qarabağ 36 83
2 Zirə 36 58
3 Sabah 36 58
4 Sumqayıt 36 57
5 Neftçi 36 56
6 Turan Tovuz 36 48
7 Səbail 36 42
8 Araz-Naxçıvan 36 36
9 Kəpəz 36 35
10 Qəbələ 36 26
Ətraflı
1 Şamaxı 27 57
2 Qaradağ Lökbatan 27 54
3 MOİK 27 49
4 İmişli 27 47
5 Karvan 27 44
6 Zaqatala 27 31
7 Mingəçevir 27 27
8 İrəvan 27 27
9 Difai Ağsu 27 23
10 Araz Saatlı 27 13
Ətraflı
Xəbər arxivi
« İyun 2024 »
1 2 3 4 5 6 7
2728293031 01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 1516
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
01020304050607
Press reliz
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: