“Xəzər Lənkəran”
klubuna FİFA İntizam Komitəsi tərəfindən ünvanlanmış məktubun mətnindən
çıxarış:
“Diqqətinizə
çatdırırıq ki, bizə məlum olduğuna görə “Xəzər Lənkəran” FK tərəfindən oyunçu
Romulo Silvano Silvaya ödənilməli olan qalıq məbləğ klub tərəfindən 30 mart
2012-ci il tarixdə ödənilib ki, bu da ödənişin kreditor tərəfindən 13 mart
2012-ci il tarixli məktubda qoyulmuş tarix çərçivəsində həyata keçirildiyi deməkdir.
Orada tərəfimizdən məktubun qəbul edilməsindən 3 həftə sonra klubdan xalların
çıxılması tələb edilmişdir. Bununla da, xalların silinməsi etdiyimiz sorğunun səhvən
və kreditor tərəfindən qoyulmuş müddətdən əvvəl edildiyini bildiririk.
Yuxarıda
qeyd edilənləri nəzərə alaraq Azərbaycan Futbol Federasiyaları
Assosiasiyasından xalların silinməsi barədə etdiyimiz sorğunun icrasının ləğv
edilməsini və “Xəzər Lənkəran” FK-nun silinmiş altı xalını dərhal bərpa etməsini
tələb edirik.
Bundan əlavə
qeyd edirik ki, bu məktubun surəti İdman Arbitraj Məhkəməsinə CAS/2012/A/2774
saylı işlə əlaqədar göndəriləcək.
Sonda bütün
məbləğin kreditorun təyin etdiyi müddət çərçivəsində sonuncuya ödənilməsini nəzərə
alaraq, sizə məlumat veririk ki, bu məsələ üzrə iş tərəfimizdən
yekunlaşdırılır.
Diqqətinizə
görə təşəkkür edirik və yaradılan hər hansı bir narahatçılığa görə təəssüf
etdiyimizi bildiririk”.
Mənbə:
www.lankaranfc.com
|