Oğuz Çetin: “Bu qədər ciddi işlərin fonunda xətalara yer yoxdur” 2014-11-24 |
|
Topaz
Premyer Liqasının XIII turuna “Dalğa Arena”da keçirilən “Xəzər Lənkəran” – “Neftçi”
oyunu ilə yekun vuruldu. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda qalib
müəyyənləşmədi – 2-2.
Oğuz Çetin (“Xəzər Lənkəran”ın baş məşqçisi):
“Xüsusi bir oyun oldu. Biz buna qədər öz səhvlərimizdən xallar itirmişik. “İnter”lə
oyuna qədər qol epizodlarında daha kəsərli idik. Biz bu gün daha şiddətli
problemlərlə üzləşdik. Çox rahat qələbə qazana bilərdik. Hesabı 2-1 etdiyimizə görə, 1 qolu da vurmalı
və daha rahat oynamalı idik. Mən futbolçularımla çox danışmışdım. Oyunçularıma demişdim ki, kart almaq olmaz.
Tounkara və Əfran İsmayılovun etdiyi hərəkətlər və aldığı qırmızı vərəqələr
bağışlanan deyil. Oyunçular bizimdir və bu liqanı bu oyunçularla davam etdirəcəyik.
Amma istənilən halda, qərarlar veriləcək. Bu qədər ciddi çalışmaların fonunda xətalara yer yoxdur.
Oyunçular bunu bilsinlər. Mən ciddi şəkildə çalışıram. Peşəkar bir iş görürəm. Amma
insan faktorunun önünə keçmək mümkün deyil. Futbolun içində təhqir olmamalıdır.
Həm hakimi, həm də futbolçunu təhqir etmək olmaz. Türkiyədə “Fənərbağça” və “Qalatasaray”
azarkeşləri necə aqressivdirlərsə, təəssüf ki, Azərbaycanda bu “Xəzər Lənkəran”
və “Neftçi” azarkeşləri arasında var.
İstərdim ki, “Neftçi” – “Xəzər Lənkəran” oyunları dostluq şəraitində
keçsin. Hakimliklə
bağlı deyim ki, çox adi epizodlarda qırmızı vərəqə gördük. Mən bu baxımdan
hakimləri günahlandırmıram. Düşünürəm ki, oyunda hakim səhvləri oldu. Lakin
qırmızı vərəqələri hakim səhvi kimi qələmə verə bilmərəm, nəticədə hərəkətləri edən bizim futbolçularımız idi".
|
|
|
|
|
|