Arif Əsədov: “Futbolçular son saniyələrdə güc tapdılar” 2014-11-24 |
|
Topaz
Premyer Liqasının XIII turunda “Neftçi” “Xəzər Lənkəran”ın qonağı oldu. 2-2
hesabı ilə başa çatan matçda paytaxt təmsilçisi son saniyələrdə vurulan qol
hesabına 1 xal qazandı.
Arif Əsədov (“Neftçi”nin baş məşqçisi):
“Neftçi” – “Xəzər Lənkəran” oyunları həmişə prinsipial alınıb. Bu gün oyun məhz derbi
adı ilə uzlaşdı. Qırmızı vərəqələr oldu.
Lakin sona yaxın komandam özündə güc tapdı və bərabərlik qolunu vurdu. Mən
hakimlik barədə heç nə demək istəmirəm. İsti başla nəsə demək düzgün deyil. Sadəcə,
əlavə edim ki, təzyiqlərə baxmayaraq, biz hesabı bərabərləşdirdik. Emil Balayev
qırmızı vərəqə aldıqdan sonra bəzi dəyişikliklər etdik. Araz Abdullayev bu gün
meydançaya çıxmadı. Araz lazımlı oyunçudur. Amma komandanın nizam-intizam
kodeksləri var. Bütün futbolçular buna əməl
etməlidir. Araz Abdullayevlə bağlı sabah qərar verəcəyik. Biz o tip
futbolçuları itirməyə yox, qazanmağa çalışırıq. Qərar çıxarıldıqdan sonra bu
barədə ictimaiyyət məlumatlandırılacaq. Qaydalar hər bir futbolçu üçün keçərlidir.
Elvin Yunuszadə düşərgəyə gecikdi və onu da cəzalandırdıq. Heç bir futbolçuya
güzəşt olunmayacaq. Biz milli komandaya futbolçu vermək üçün çalışırıq. Qırmızı
vərəqələr çox oldu. Elə bir oyun idi ki, hər bir futbolçu qırmızı vərəqə ala
bilərdi”.
|
|
|
|
|
|