![](uploads/bakiyeni.jpg) Topaz
Premyer Liqasının XIII turunda səfərdə “Sumqayıt”la üz-üzə gələn "Bakı" 1 xal
qazandı. Belə ki, turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandaların
oyunu 1-1 hesabı ilə başa çatdı.
İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi):
“Gərgin oyun oldu. Qolu erkən
vurduq. Bundan sonra rəqib “Sumqayıt” daha çox hücum etdi. Amma biz ikinci qolu
vurmalı olduğumuz bir vaxtda rəqib hesabı bərabərləşdirdi. Səhvimizdən sonra
qapımızda qol gördük. Bütün bunlara baxmayaraq, mən komandamın sərgilədiyi
oyundan və qazanılan 1 xaldan razıyam”.
|