![](uploads/tpl1.jpg) Topaz Premyer Liqasının XII turu məhsuldar alınıb.
Baş tutan 4 qarşılaşmada qapılara 17 qol vurulub. AZAL – “Qəbələ” (3:3) və
“Bakı” – “Qarabağ” (2:4) görüşlərinin hərəsində 6, “İnter” – “Xəzər Lənkəran”
(3:1) matçında 4 top qeydə alınıb. “Simurq”
- “Neftçi” oyunu 1 qolla başa çatıb – 1:0. Sonuncular qol vurmayan yeganə
komanda olub.
XII turda orta məhsuldarlıq 4,25-ə bərabər olub. Bu
isə mövsümün mütləq rekordudur. Son 11 mövsümə - 2004-2014-cü illərdəki
çempionat oyunlarına nəzər salsaq, indiki göstərici 2-cidir. Maraqlıdır ki, ən
yüksək göstərici də XII tura təsadüf edib. 2013/14 mövsümünün XII turunda 5
oyuna 22 qol vurulmuşdu. Həmin vaxt məhsuldarlıq 4,40-a bərabər olub. Bu
oyunlar 2013-cü il noyabrın 1-3-də baş tutub. Həmin turda “Bakı” – “Simurq”
(3:2), “İnter” – “Rəvan” (3:2), “Neftçi” – “Xəzər Lənkəran” (4:1), “Sumqayıt” –
AZAL (0:0) və “Qarabağ” – “Qəbələ” (4:3) qarşılaşmaları keçirilib.
|