![](uploads/selahet.JPG) “Xəzər Lənkəran”la Topaz Premyer Liqasının XII
turunun oyununda qarşılaşan Bakının “İnter” klubu 4 seriyaya son qoyub. Ardıcıl
5 heç-heçə edən paytaxt təmsilçisi VI turun sentyabrın 19-dakı matçında
“Bakı”nı 7:0 hesabı ilə məğlub etmişdi. 62 gündən sonra qalib gələn Kaxaber Sxadadzenin
yetirmələri son 4 qarşılaşmanı qolsuz bitirmişdi. VII turun sentyabrın 27-dəki görüşündə AZAL-la
heç-heçə edən (1:1) “İnter” 54 gündən sonra qollu matçın iştirakçısı oldu.
Həmin oyunun 4-cü dəqiqəsində Kərim Diniyevin
qoluna üzülən Səlahət Ağayev 4 “quru” matçdan sonra Fernando Qabrielin uzatma dəqiqələrində
fərqlənməsinin qarşısını ala bilmədi. Beləliklə 535 “quru” dəqiqə keçirən qolkiper mövsümün rekorduna imza
atdı.
Paytaxt təmsilçisinin özü AZAL-la oyunun 76-cı dəqiqəsindən
sonra ilk dəfə qol vurub. Mikel Alvaronun həmin qolundan 384 dəqiqə sonra
Junior Nildo fərqlənib.
|