Topaz Premyer Liqasının XII turunda keçirilən AZAL
– “Qəbələ” qarşılaşması məhsuldar heç-heçə ilə başa çatıb – 3:3. 3 və daha
artıq qol vuran komandaların heç-heçə etməsinə isə cari mövsümdə ilk dəfə təsadüf
olunub. Azərbaycan çempionatları tarixində 11-ci dəfədir
ki, 6 və daha çox olun vurulduğu matç heç-heçə nəticələnir. Belə ki, bunadək 10
dəfə belə hal yaşanmışdı. Mütləq rekord isə 1998/99 mövsümündə 12 qollu “Viləş” (Masallı) – “Turan” (Tovuz) qarşılaşmasına
məxsusdur - 6:6. Bir dəfə 4:4, doqquz dəfə 3:3 hesabı yaşanıb.
Maraqlıdır ki, sonuncu belə hadisə də AZAL-ın iştirakı
ilə baş tutub. 5 il öncə “Olimpik-Şüvəlan” adını daşıyan bakılılar “Turan”la ev
oyununda 3 qol vurub, 1 xal qazanıb.
21.05.1995
|
Bakı fəhləsi
(Maştağa) - İnşaatçı (Bakı)
|
3:3
|
01.06.1992
|
Kürmük
(Qax) - Kəpəz (Gəncə)
|
4:4
|
26.02.1995
|
Xəzər
(Sumqayıt) - Pambıqçı (Neftçala)
|
3:3
|
02.08.1995
|
Turan
(Tovuz) - Kəpəz (Gəncə)
|
3:3
|
25.04.1999
|
Viləş
(Masallı) - Turan (Tovuz)
|
6:6
|
14.05.2000
|
Turan
(Tovuz) - Şəmkir
|
3:3
|
02.08.2003
|
Bakılı -
Dinamo (Bakı)
|
3:3
|
28.04.2007
|
Karvan
(Yevlax) - Gilan (Qəbələ)
|
3:3
|
20.04.2008
|
Bakı -
Karvan (Yevlax)
|
3:3
|
27.09.2009
|
Olimpik-Şüvəlan (Bakı) - Turan (Tovuz)
|
3:3
|
20.11.2014
|
AZAL – Qəbələ
|
3:3
|
|