![](uploads/xezer.jpg) Topaz
Premyer Liqasının 12-ci turu “Xəzər Lənkəran” üçün uğursuz alındı. Cənub klubu
səfərdə “İnter”ə 1-3 hesabı ilə uduzdu.
Oğuz Çetin (“Xəzər
Lənkəran”ın baş məşqçisi): ”Oyuna
pis başladıq. Çox asan qollar buraxdıq."İnter" kimi güclü komandaya
qarşı oyunda 0-2 geriyə düşmək və sonradan oyun qurmaq çox çətindi. Rauf
Əliyevin zədələnməsi bizim üçün yaxşı olmadı. Qol epizodlarından istifadə edə
bilmədiyimizə görə məyusam. Bu oyuna qədər hakimlikdən danışmamışam. İndi isə
deməliyəm ki, hakimlər çox kobud səhvlərə yol verdilər. Rəqib komandanın
qapıçısı cərimə meydançası kənarında əllə oynamışdı və qırmızı vərəqə ilə cəzalanmalı
idi. Rəqib komandanın baş məşqçisinin etik normalardan kənar hərəkəti də çox
üzücü bir haldır”.
|