İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul
olunub.
I Divizionun VIII turunun təxirə salınmış görüşü “Bakılı” – “Şuşa” matçında
“Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat
cərimə olunur (maddə 40).
Oyunun 52-ci dəqiqəsində “Bakılı” klubunun 4 №-li futbolçusu Fərid
Namazov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə
olunur (maddə 37.1).
I Divizionun X turunun “Mil-Muğan” – “Şuşa” matçının 90+2-ci dəqiqəsində
“Mil-Muğan” klubunun 18 №-li futbolçusu Elnur Soltanlı ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə
olunur (maddə 48).
I Divizionun X turunun “Kəpəz” – MOİK matçının 32-ci dəqiqəsində MOİK
klubunun baş məşqçisi Namiq Adilov və oyunun 80-ci dəqiqəsində “Kəpəz” klubunun
məşqiçisi Anar Kələntərov texniki zona qaydalarını pozduqlarına görə meydandan
kənarlaşdırıldıqları üçün hər ikisi 1 oyun cəzalanır, klublar 100 manat cərimə
olunur (maddə 62).
I Divizionun X turunun “Bakılı” – “Ağsu” matçı başa çatdıqdan sonra
“Bakılı” klubunun inzibatçısı Rövşən
Mustafayev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 500
manat cərimə olunur (maddə 42.4).
I Divizionun X turunun “Qaradağ Lökbatan” – “Lokomotiv” matçında
“Lokomotiv” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100
manat cərimə olunur (maddə 40).
I Divizionun X turunun “Şahdağ” – “Neftçala” matçında “Şahdağ” klubunun
4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə
40).
Oyunun 64-cü dəqiqəsində “Şahdağ” klubunun 10 №-li futbolçusu Elmar
Yahyabəyov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı
üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə
olunur (maddə 37.1).
Oyununun 90-cı dəqiqəsində “Şahdağ” klubunun 14 №-li futbolçusu Faiq
Ağarəhimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
|