Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” növbəti oyununu keçirib. Təmsilçimiz dünən Tofiq Bəhramov adına Respublika stadionunda Ukraynanın “Dnepr” klubu ilə üz üzə gəlib. Bir neçə gün öncə “Dnepr” üzərində səfər qələbəsi qazanan “Qarabağ” bu dəfə meydançanı məğlub tərk edib. Oyun Ukrayna təmsilçisinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, F qrupunda yer alan “Qarabağ” 4 oyundan 4 xal toplayıb və 4-cü pillədə qərarlaşıb
|