İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul
olunub.
Əvəzedici heyətlərin X turunun “Sumqayıt”–“Xəzər Lənkəran” matçının 76-cı dəqiqəsində
“Xəzər Lənkəran” klubunun 70 №-li futbolçusu Elşən Rzazadə idmançıya yaraşmayan
hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun
cəzalanır, klub 200 manat cərimə olunur (maddə
48).
Əvəzedici heyətlərin X turunun “Bakı” – “Neftçi” matçının 76-cı dəqiqəsində
“Bakı” klubunun 53 №-li futbolçusu Sənan Bayramzadə idmançıya yaraşmayan hərəkətə
görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır,
klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının XI turunun “Xəzər Lənkəran” – “Simurq”
matçında “Simurq” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XI turunun “Neftçi” – AZAL matçının 82-ci dəqiqəsində
AZAL klubunun 12 №-li futbolçusu Luis Ramos idmançıya yaraşmayan hərəkətə görə ikinci
sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200
manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının XI turunun “Qəbələ” – “Bakı” matçında “Qəbələ”
klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə
olunur (maddə 40).
Oyunun 90-cı dəqiqəsində “Bakı” klubunun 21 №-li futbolçusu Elşad
Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan
kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XI turunun “Simurq” – “Xəzər Lənkəran” matçında “Simurq” klubunun
4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə
40). Oyunun 90-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 53 №-li futbolçusu
İlyas Səfərzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün 2 oyun cəzalanır, klub 1000 manat cərimə olunur(maddə 37.1).
Əvəzedici heyətlərin XI turunun “Neftçi” – AZAL matçında AZAL klubunun
4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə
40).
I Divizionun IX turunun “Lokomotiv” – “Kəpəz” matçında “Kəpəz”
klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə
olunur (maddə 40).
I Divizionun IX turunun “Zirə” – “Qaradağ Lökbatan” matçında “Zirə”
klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə
olunur (maddə 40).
I Divizionun IX turunun “MOİK” – “Şahdağ” matçının 65-ci dəqiqəsində
“Şahdağ” klubunun 24 №-li futbolçusu Rüstəm Əskərov ikinci sarı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun IX turunun “Şuşa” – “Rəvan” matçında “Şuşa” klubunun məşqicisi
Toğrul Əhmədov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub
500 manat cərimə olunur (maddə 42.4).
|