![](uploads/qarabagyeni.jpg) Topaz Premyer Liqasının XI turunun sonuncu oyununda “Qarabağ” “Araz Naxçıvan”ı
4-0 hesabı ilə məğlub etdi. Bu qələbədən sonra “Qarabağ” turnir cədvəlinin zirvəsinə
yeksəldi.
Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi):“Bizim
üçün hər bir qələbə vacibdir. Rəqib hesabda geridə olsa da, mübarizə aparırdı. Bir neçə epizodda səhv etdik. Amma bütün
bunlara baxmayaraq, oyunumuzdan razıyam. “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər
müəllimə uğurlar arzu etmək istəyirəm. Biz isə qarşıdakı çətin oyunumuza
hazırlaşmalıyıq”.
|