![](uploads/azalyeni.jpg) Topaz
Premyer Liqasının XI turu AZAL üçün uğursuz oldu. “Təyyarəçilər” səfərdə “Neftçi”yə
0-4 hesabı ilə uduzdular.
Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Belə oyunlardan sonra danışmaq çətindir.
Futbolçulardan belə sönük oyun gözləmirdim. Ola bilər ki, ot örütüyü, oyunlar
arasında fasilənin az olması nəticəyə təsir etsin. Bu gün komandamı tanıya bilmədim.
Komandam bu gün heç nə edə bilmədi. Bəlkə də futbolçular “Simurq”la oyunun son
dəqiqələrində buraxılan qolun şokundan hələ ayılmayıblar. Bu oyun göstərdi ki, görüləsi işlər çoxdur.
Bir komanda 3 ay ərzində formalaşmır. Yaxşı ki, fasilə var. Həmin fasilədən
maksimum istifadə etməliyik. Məğlubiyyət üzücüdür. Bunun səbəblərini
araşdıracağıq”.
|