Unibank Premyer Liqasının 29-cu turunda "İnter" doğma azarkeşləri önündə "Qəbələ"ni məğlub edib - 1:2. Fatih Kavlak, “Qəbələ” klubunun baş məşqçisi: “İlk hissədə yaxşı oynamasaq
da, ikinci hissədə daha aqressiv oyun nümayiş etdirərək rəqibi sıxmağa
başladıq. Rəqibi öz qapısına sıxsaq da, təəssüf ki, qol imkanlarından yararlana
bilmədik. “Bakı” ilə oyuna yaxşı hazırlaşmalıyıq. Mən bu komandaya baş məşqçi təyin
olunandan demişəm ki, hakimliklə bağlı danışmıram. Belə məsələlərə Hakimlər
Komitəsi baxmalıdır, mən öz komandama cavabdehəm”.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Çox güclü komanda ilə oyunda
qələbə qazanıb, vacib üç xal qazandıq. Mövsümün axırı olmasına baxmayaraq, “Qəbələ”
fiziki cəhətdən çox güclü komandadır. Oyunun əvvəlində yaxşı təsir
bağışlamadıq. Ancaq qol vurduqdan sonra komandam tədricən öz oyununu göstərməyə
başladı. Bir az da diqqətli olsaydıq, hesabı artıra bilərdik. Çünki rəqib məğlub
olanda çox boşluqlar buraxır. Biz çalışacağıq ki, mövsümün sonuna kimi bütün
oyunlarda maksimum nəticə göstərək”.
|