![](uploads/resad eyyubov.jpg) 2014/15 mövsümündə ilk het-trik
qeydə alınıb. “Araz-Naxçıvan”la qarşılaşmada “Simurq”un 3 qoluna imza atan
Rəşad Eyyubov cari çempionatda het-trik müəllifi olan ilk futbolçu kimi tarixə
düşüb. İkinci hissədə vurduğu 3 qolla 22 yaşlı futbolçu toplarının sayını
mövsümdə 6-ya, ümumilikdə 11-ə çatdırıb. Rəşad “Simurq”un
heyətində Premyer Liqada het-trikə imza atan 2-ci futbolçu olub. Ona qədər
Vladimir Mazyar bunu bacarmışdı. Klub tarixinin ən məhsuldar oyunçusu 2006/07
mövsümündə “Simurq”un ilk het-trikini gerçəkləşdirmişdi. Ukraynalı legioner
2007-ci il mayın 12-də “Qarabağ”la ev oyununda 3:0 hesablı qələbəyə 3 topla
töhfə vermişdi. “Simurq”un çempionatdakı 2-ci het-triki 7 il 5 aydan sonra
qeydə alındı.
|