![](uploads/qarabagyeni.jpg) Topaz
Premyer Liqasının IX turunun son oyununda “Qarabağ” “Xəzər Lənkəran” üzərində
3-2 hesablı qələbə qazandı. Bu qələbə Ağdam klubunu turnir cədvəlinin zirvəsinə
yüksəltdi.
Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Ən ağır oyunlardan birini keçirdik. Çox vacib qələbə
qazandıq. “Xəzər Lənkəran” yaxşı komandadır. Bəlkə də çempionatda ən baxımlı oyun göstərən
komandadır. Biz diqqətli olmalıyıq. Oyuna nəzarəti bir anlıq əldən vermişdik. Lakin futbolçularımız sona kimi döyüşdülər. Qələbə qazandığımız üçün
şadam. Növbəti turda “İnter”ə qarşı çətin oyunumuz var. Həmin qarşılaşmaya ciddi hazırlaşmalıyıq”.
|