Unibank
Premyer Liqasının ilk oyun günündə keçirilən “Rəvan” - “Turan” qarşılaşması bərabərliklə
başa çatdı-2:2.
Əsgər Abdullayev, “Turan” klubunun baş məşqçisi: “İlk hissədə və ikinci hissənin
sonlarında yaxşı oyun nümayiş etdirdik. Komandam məğlubiyyətlə barışmadığını
bir daha sübut etdi. Bundan öncəki oyunlarda da komandam əzmkarlıq göstərmişdi.
“Rəvan”la qarşılaşmanın çətin olacağını bilirdim. İki top fərqi ilə məğlub
olduğumuz halda, oyunu 2:2 hesabıyla başa vurmağımız və bir xal qazanmağımız da
nəticədir”.
Bəhmən Həsənov, “Rəvan” klubunun baş məşqçisi: “Oyunun nəticəsinə çox
üzüldüm. Azlıqda ola-ola gözəl oyun göstərdik və 2:0 önə keçdik. Ancaq çox təəssüf
ki, hesabı qoruya bilmədik. Rəqibimiz evə bir xalla dönür. Onlara gələcək
oyunlarda da belə əzmkarlıq göstərmələrini arzulayıram”.
|