Topaz Premyer Liqasının 8-ci turunda “Bakı”nı qəbul edən “Xəzər
Lənkəran” 4-0 hesablı qələbə qazandı.
İbrahim Uzunca, “Bakı”
klubunun baş məşqçisi: “Biz yaxşı oyun göstərmək arzusunda idik. İlk
penaltidən sonra komandanın oyununda eniş oldu. İkinci hissədə isə toparlandıq.
Əgər ilk penalti olmasaydı, hesab arasında fərq bu qədər böyük olmazdı. Bu gün
bizim rəqibimiz “Xəzər Lənkəran” deyildi. Düşünürəm ki, “Xəzər Lənkəran”ın belə
penaltilərə ehtiyacı yoxdur. Mən futbolçularımın mübarizəsindən razıyam”.
Oğuz Çetin, “Xəzər Lənkəran”
klubunun baş məşqçisi: “Son iki həftədə xallar qazanmışdıq. Bunu davam
etdirmək lazım idi. Çünki ilk həftələrdə xallar itirmişdik. “Bakı” ilə oyunda
yaxşı oyun sərgiləyib,üç xal qazandıq. Bizim hədəflərimiz böyükdür. Qarşıda
bizi “Qarabağ”la çətin oyun gözləyir. Bu oyunu unutmalıyıq və qarşıdakı oyuna
hazırlaşmalıyıq. “Bakı”nın hədəfləri böyük olmasa da arzusu böyükdür.
Sevindirici haldır ki, qələbə qazandıq”.
|