![](uploads/inter.jpg) Topaz
Premyer Liqasının VIII turunda keçirilən “İnter” – “Simurq” oyununda qapılara qol
vurulmadı – 0-0. Oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Sxadadze düşüncələrini
bölüşüb:
Kaxaber
Sxadadze (“İnter”in baş məşqçisi): “Öncә Müstәqillik Günü münasibəti ilə
sizi təbrik edirəm. Oyuna gəldikdə, onu deyim ki, böyük әrazi üstünlüyümüz var
idi. Amma cinahlardan düzgün hücüm qura bilmirdik. "Simurq" müdafiә
futbolu oynamağı bacaran bir kollektivdir. Oyunda az qol epizodu yaratdıq,amma
qәlәbә qazanmaq üçün şanslarımız var idi. Çox tәәssüf ki alınmadı. Biz evdә 2
xal itirdik. Bu oyunu unudub, "Neftçi" ilə matça hazırlaşmalıyıq”.
|