![](uploads/araznaxcivan123.jpg) Topaz Premyer Liqasının VIII
turunda doğma meydançasında AZAL-ı qəbul edən “Araz Naxçıvan” 1 xal qazandı.
2-2 hesabı ilə başa çatan oyundan sonra “Araz Naxçıvan” klubunun baş məşqçisi
Əsgər Abdullayev düşüncələrini bölüşüb.
Əsgər
Abdullayev (“Araz Naxçıvan”ın baş məşqçisi): “Futbolçulardan
razı qalmadım. Çünki tapşırıqlarımı tam yerinə yetirə bilmədilər. Lakin biz rəqibə
nisbətən daha çox hücum etdik. Son dəqiqələrdə Tərlan Xəlilov əlverişli
epizoddan yararlana bilsəydi, qələbə qazanacaqdıq. Bütün bunları nəzərə alıb,
deyim ki, iki xal itirdik. Oyuna fərqli taktika ilə çıxmışdıq. Amma qol
buraxdıqdan sonra erkən əvəzləmələr edib, David Janelidze və Bəxtiyar Soltanovu
hücumda oynatdım. Bizi qarşıda çətin oyunlar gözləyir. Ona görə də Azərbaycan
Kubokundakı rəqibimiz “Xəzər Lənkəran”la bağlı danışmaq itəmirəm”.
|