Topaz
Premyer Liqasının VIII turunda “Qəbələ” səfərdə “Qarabağ”a 0-2 hesabı ilə
uduzdu. Oyundan sonra açıqlama verən “Qəbələ”nin baş məşqçisi Dorinel Munteanu
bunları deyib:
Dorinel Munteanu (“Qəbələ”nin baş məşqçisi): “Komandam çox yaxşı oynadı. Təəssüf ki, bu gün bəzi
insanlar bizə mane oldu. Bunu mütəxəssislər gördü. Sözsüz, bütün bunlar bəhanə
ola bilməz. İstənilən halda, hadisələr bizim üçün siqnal rolunu oynadı. Növbəti
dəfə bunları nəzərə almalıyıq. Etiraf edim ki, müdafiədə xırda səhvlər oldu.
Amma ümumi götürsək yaxşı oynadıq. “Qarabağ”la oyunu komanda ilə birgə təhlil
edəcəyik”.
|