![](http://www.pfl.az/uploads/pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub. Topaz Premyer Liqasının I turunun təxirə salınmış görüşü - “Bakı” – “Simurq” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Əvəzedici heyətlərin I turunun təxirə salınmış görüşü - “Bakı” – “Simurq” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40). Oyunun 78-ci dəqiqəsində “Bakı” klubunun 28 №-li futbolçusu Ülvi Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48). Azərbaycan I Divizionun V turunun “Şəmkir” – “Qaradağ Lökbatan” matçında “Şəmkir” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 65-ci dəqiqəsində “Şəmkir” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunur (maddə 52). Azərbaycan I Divizionun V turunun MOİK – “Göyəzən” matçında “Göyəzən” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 48-ci dəqiqəsində MOİK klubunun 3 №-li futbolçusu Azər Həbibov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Oyunun 55-ci dəqiqəsində “Göyəzən” klubunun 17 №-li futbolçusu Elnur Kosayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Azərbaycan I Divizionun V turunun “Zirə” – “Turan-T” matçında “Zirə” klubunun 5 , “Turan-T” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur (maddə 40). Azərbaycan I Divizionun V turunun “Şuşa” – “Neftçala” matçının 90-ci dəqiqəsində “Neftçala” klubunun 6 №-li futbolçusu Mehman Məmmədov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 38.1). Azərbaycan I Divizionun II turunun təxirə salınmış görüşü “Turan-T” – “Bakılı” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 85-ci dəqiqəsində “Turan-T” klubunun 6 №-li futbolçusu Emin Mirzəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48). Oyunun 90+5-ci dəqiqəsində “Turan-T” klubunun 18 №-li futbolçusu Nəsimi Qədirov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 38.1).
|