![](http://www.pfl.az/uploads/simurqyeniloqo.jpg) Topaz Premyer Liqasının I turundan təxirə salınmış
oyunda “Bakı”ya 0-1 hesabı ilə uduzan “Simurq” klubunun baş məşqçisi George Çixradze
düşüncələrini bölüşüb:
George
Çixradze (“Simurq”un baş məşqçisi): “Vəziyyət
ürəkaçan deyil. Bundan öncəki oyunda biz məğlub duruma düşsək də, komanda
xarakter göstərdi, qələbə qazandı. “Bakı” ilə oyunda isə bunu edə bilmədik.
Bizim problemlərimiz var. Bunu aradan qaldırmağa çalışacağıq”.
|