Topaz Premyer Liqasının I turundan təxirə salınmış
oyunda “Bakı” “Simurq”u 1-0 hesabı ilə məğlub etdi.
İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi): “Daha çox
çalışmağımız lazımdır. Sevindirici olan
bir məqam var. Biz oyundan-oyuna daha yaxşı çıxış edirik. Milli
komandanın oyunları ilə əlaqədar olaraq, yaranmış fasilədən maksimum yararlanmağa çalışacağıq. Bu sıxıntılı günlərdə
mübarizədən qopmayan futbolçulara çox təşəkkür edirəm, qələbəni rəhbərliyə hədiyyə edirəm. Heyətdə gənc
futbolçu çoxdur. Buna görə müəyyən çatışmazlıqlar var. Onların üzərində
çalışmalıyıq. Bizim hədəfimiz yaxşı futbol oynamaq, liqada
qalmaqdır. Nəticə qazanmaqla yanaşı, biz yaxşı oyun sərgiləməyi planlaşdırırıq”.
|