 “Simurq” PFK yarımmüdafiəçi Andreys Rubins ilə qarşılıqlı
razılıq əsasında müqaviləsini vaxtından əvvəl ləğv edib.
Qeyd edək ki, Andreys Rubins 2011-ci ilin sentyabr ayından
“Simurq”un formasını geyinib və ilk dəfə V turda “İnter”lə oyunda debüt edib.
Mövsüm ərzində 1053 dəqiqə meydanda olan latviyali futbolçu XII turda “Rəvan”la
görüşdə “Simurq”un forması altında ilk və sonunçu qolunu vurub. Təcrübəli
yarımmüdafiəçi buna qədər isə Azərbaycan çempionatında Bakının “İnter” və
Ağdamın “Qarabağ” klubunda forma geyinib.
|