 Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk qarşılaşmasında "İnter" doğma azarkeşləri önündə "Neftçi"ni qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Maraqlı
oyun alındı. “İnter” “Neftçi”yə layiq rəqibdir. Bu gün azarkeşlər meydanda əsl mübarizənin
şahidi
oldular. Əsas hədəfimiz qol buraxmamaq və imkan olduğu halda qol
vurmaq idi. Təəssüf ki, imkanlarımız olsa da, bundan yararlana bilmədik. Artıq
cavab oyunu
haqqında fikirləşirik”.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Çox maraqlı oyun oldu. İlk hissədə bəzi səhvlərimiz
oldu. İkinci hissədə qol imkanları yaratdıq. Amma bunlardan istifadə edə bilmədik.
Növbəti oyunda məsələni həll etməyə çalışacağıq. “Neftçi” güclü komandadır.
Baxımlı oyun alındı”.
|