 Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk qarşılaşmasında "Qarabağ" səfərdə "Bakı"nı Georgi Adamiyanın son dəqiqələrdə vurduğu qolu ilə məğlub edib - 0:1. Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “İlk qarşılaşma ağır keçdi. Biz sona kimi mübarizə
apardıq. Futbolçularım pis oynamadı. İkinci hissədə daha gərgin oyunun şahidi
olduq. İkinci oyunda da qalib gəlməyə çalışacağıq”.
Novruz Əzimov, “Bakı” klubunun məşqçisi: “1/2 finalın ilk oyununun ağır keçəcəyini bilirdik.
Belə də oldu. Rəqibin təzyiqi nəticəsində səhv buraxdıq və nəticədə qapımızda
qol gördük. İlk hissədə Novruz Məmmədov zədələndi və onu əvəz etmək məcburiyyətində
qaldım. Çesnauskis Novruz Məmmədovun mövqeyində
oynadı. Bu da hücumlarımızın kəsərini azaltdı. Quzanlıdakı oyun çox çətin
olacaq. Çalışacağıq ki, növbəti oyuna yaxşı hazırlaşaq”.
|