![](uploads/pfl.jpg) AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qbul
edilmişdir:
Unibank
Premyer Liqasının XXVIII turunun “Neftçi” – “İnter” matçında “İnter” klubunun 4
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur
(maddə
40). Oyunun
66-cı dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr
istifadə olunduğu üçün klub 1000 manat cərimə olunur (maddə
52).
Unibank
Premyer Liqasının XXVIII turunun AZAL – “Rəvan” matçında AZAL klubunun 4
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur
(maddə
40).
Unibank
Premyer Liqasının XXVIII turunun “Bakı” – “Xəzər Lənkəran” matçının 77-ci
dəqiqəsində “Xəzər Lənkəran” klubunun 7 №-li futbolçusu Katalin Doman kobud
oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün
futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə
37.1). Oyunun
78-ci dəqiqəsində “Bakı” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya
atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə
52).
Unibank
Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun
“Kəpəz” – “İnter” matçının 67-ci dəqiqəsində “Kəpəz” klubunun 1 №-li futbolçusu
Kənan Bayramov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan
kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimə
olunur (maddə
37.1).
Unibank
Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun
“Simurq” – “Sumqayıt” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə
cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə
40).
Azərbaycan
I divizionunun XXVI turunun MOİK – “Tərəqqi” matçının 65-ci dəqiqəsində
“Tərəqqi” klubunun 6 №-li futbolçusu Rövşən Vəliyev kobud oyuna görə birbaşa
qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq
cəzalanır, klub 200 manat cərimə olunur (maddə
37.1).
Azərbaycan
I divizionunun XXVI turunun “Şəmkir” – “Muğan” matçının 90+2-ci dəqiqəsində
“Şəmkir” klubunun 9 №-li futbolçusu Anar Rzayev ikinci sarı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı zaman hakimləri təhqir etdiyi üçün futbolçu 4
oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə
41.3).
Azərbaycan
I divizionunun XXVI turunun “MKT Araz” – “Karvan” matçında “MKT Araz” klubunun 6
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur
(maddə
40).
Azərbaycan
I divizionunun XXVI turunun “Energetik” – “Şahdağ” matçının 89-cu dəqiqəsində
“Energetik” klubunun 9 №-li futbolçusu Samir Əliyev kobud oyuna görə birbaşa
qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq
cəzalanır, klub 200 manat cərimə olunur (maddə
37.1).
Azərbaycan
I divizionunun XXVI turunun “Bakılı” – “Şuşa” matçının 85-ci dəqiqəsində
“Bakılı” klubunun inzibatçısı Babək Mahmudov hakimin qərarına etiraz etdiyinə
görə texniki zonadan kənarlaşdırıldığı üçün inzibatçı 1 oyunluq cəzalanır, klub
100 manat cərimə olunur (maddə
63).
|